10 mart tarixində mərkəzimizdə "Xaricdə TəhsiIi Peşəkardan Soruş!" adlı seminarı baş tutmuşdur. Seminarda Rüfət Məmmədxanlı, Turxan İsmayılzadə və Orxan Qurbanlı Almaniya, Hollandiya, ABŞ və İtaliya ölkələrində təhsil imkanlarının üstünlüklərindən danışıblar. O cümlədən, təlimçilər uyğun universitetlərin seçilməsi, motivasiya və tövsiyyə məktubunun yazılma üslublarından ətraflı danışıblar. Daha sonra tələbələrin suallarına ətraflı cavablar verilərək, təhsil alacağı universitetlər barasində geniş məlumatlar verilmişdir. Son olaraq tələbələr və təlimçilərlə birlikdə xatirə fotosu çəkilmişdir.