İxtisas seçimində etibarlı köməkçin

Düzgün ixtisas seçimi —
təxmin yox, rəqəm

Son illərin real DİM keçid ballarına əsasən hansı yerlərə neçə faiz şansın olduğunu və ərizədə hansı sıranı yazmalı olduğunu göstərək.

Üç addımda hazır siyahı

DİM səni müsabiqədən keçdiyin ilk seçimə yerləşdirir. Yəni sıranı düzgün qurmaq balın qədər vacibdir.

01

Balını və qrupunu yaz

Daxil olub balını və qrupunu bir dəfə yazırsan. 30 saniyə çəkir.

02

Sistem şansını saysın

Son illərin real keçid balları ilə tutuşdurulur: balın həmin illərin neçəsində kifayət edərdi.

03

Siyahını qur

Kodlar balanslı seçilir və keçən ilin balına görə düzülür — çətini yuxarıda, zəmanətlisi aşağıda.

Eyni sistem, iki cür istifadə

Tələbə öz siyahısını özü qurur. Ekspertlər isə eyni alətlə gün ərzində onlarla tələbəyə siyahı hazırlayır — hesablama hər ikisində eynidir.

Tələbə

Öz siyahını özün qur

  • Qəbul şansı son illərin real keçid ballarından hesablanır
  • Ərizəyə yazacağın kodlar düzgün sıra ilə hazır
  • AI analiz ilə hazır siyahını yoxlat — ikinci fikir
  • Siyahını yaddaşa ver, sonra qayıdıb bax
Tələbə kimi qeydiyyat
Ekspert

Tələbələrinlə işlə

  • Tələbədən sərfəli qiymət — çox tələbəyə xidmət üçün
  • Hər tələbə üçün ayrıca siyahı qur və yaddaşda saxla
  • Bütün universitet, kod və keçid balı bazasına giriş
  • Ödəniş, risk və universitet süzgəcləri ilə incə tənzimləmə
Ekspert kimi qoşul