eeduline.az/Magistratura

Magistraturada ixtisaslaşma və qəbul proqramı nədir?

Magistratura qəbulu proqramlara bölünür. Hər qəbul proqramı bir neçə ixtisaslaşmanı əhatə edir və müəyyən bakalavr ixtisaslarını bitirənlər üçün açıqdır.

Proqram nədir?

Qəbul proqramı — bir-birinə yaxın ixtisaslaşmaları birləşdirən qrupdur. Bitirdiyin bakalavr ixtisası hansı proqramlara giriş açırsa, yalnız onların ixtisaslaşmalarını seçə bilərsən.

eduline.az-ın magistratura bölməsində bütün proqramları və onların içindəki ixtisaslaşmaları görə bilərsən.

İxtisaslaşmanı necə seçim?

Əvvəlcə bitirdiyin bakalavr ixtisasına görə açılan proqramları müəyyənləşdir, sonra həmin proqramlardakı ixtisaslaşmalardan balına və marağına uyğun olanları seç.

Bir ixtisaslaşma bir neçə universitetdə ola bilər — hər universitet üçün ayrı kod və ayrı keçid balı olur.

Tez-tez verilən suallar

İstənilən magistr ixtisasını seçə bilərəmmi?

Xeyr. Yalnız bitirdiyin bakalavr ixtisasının giriş açdığı proqram və ixtisaslaşmaları seçə bilərsən.

Balına görə hara girə bilərsən?

Balını və ixtisas qrupunu daxil et — eduline.az DİM datası əsasında sənə uyğun ixtisasları və hər biri üçün real qəbul şansını göstərsin.

Şansımı hesabla